Bakı polisindən məşhur restorandakı silahlı insidentlə bağlı açıqlama




Bakı şəhər Baş Polis İdarəsi paytaxtda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.



İdarənin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-ü saat 19.30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını, qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan "Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə "Çeşməli” restoranında baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu