BNA sosioloji sorğunu keçirəcək könüllülər üçün təlimlərə başlayıb- FOTOLAR




Şəhər nəqliyyatını hər kəs üçün daha rahat və əlçatan etmək, sərnişinlərə təhlükəsiz və keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaq üçün tədbirlər davam etdirilir.



Müntəzəm marşrut xətlərinin optimallaşdırılması, eləcə də yeni xətlərin təşkilində sərnişin axınının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb. Sərnişin axınının öyrənilməsinə dair məlumatlar elə sərnişinlərin özlərindən alınacaq. Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. Layihənin həyata keçirilməsində əsas dəstəkçilərimiz isə könüllülərdir. Belə ki, "Bir" Tələbə-Könüllü proqramının könüllülərinin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək. 08.04.2019 tarixindən başlayacaq sorğu 77 gün davam edəcək. Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu həmçinin, onlayn qaydada da aparılacaqdır.

Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin, ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu