Eldar Əzizov Abutalıbovun “makleri” Ramiz Quliyevi niyə işdən çıxarmadı?




BŞİH -də yenədə məsul işçi kimi vəzifəsində qalan Ramiz Quliyev Eldar Əzizovun yaxın adamları ilə münasibətlər quraraq “makler”liyini davam etdirməkdədir…



Eldar Əzizovu Bakı Şəhər İcra başçısı vəzifəsinə təyin edildikdən sonra ilk işi qurumda islahatlar aparmaq oldu. İlk öncə Bakı meri bir neçə kadrını meriyanın əsas postlarına təyin edərək daha dərin islahatlar aparmaq görüntüsü yaratdı. Ancaq bir müddət öncə yenidən kadr islahatına başlyan Eldar Əzizovun BŞİH daha ciddi dəyişikliklə edəcəyi gölənilir.

Çünki xələfi Hacıbala Abutalıbovun bir xeyli kadrı var ki, onlar yenədə meriyada öz postlarını qorumaqda və “işlər”ni sürdürməkdə davam edirlər. Həmin kadrlar ya Eldar Əzizovun yadından çıxıb yada ki, daha yüksək rütbəli məmurlara bağlı olduğu üçün paytaxt merinin hələki onlara gücü çatmır.

MilliYol xəbər verir ki, belə məmurlardan biridə adı mətbuatda meriyanın makleri və yaxud “Hacı Ramiz” kimi hallanan Ramiz Quliyevdir. Bakı Şəhər İcra Hakimiyyətində uzun müddət məsul işçi kimi fəaliyyət göstərən Ramiz Quliyev əslində sabiq mer Hacıbala Abutalıbovun “makler”i kimi tanınıb. Paytaxtın müxtəlif rayonlarında torpaq, obyekt, bina və ev tikintisi üçün icazələrlə məşğul olan Ramiz Quliyev bu işlərdən yaxşı qazanc əldə edib.

MilliYol.az-a daxil olan məlumata görə meriyanın makleri Ramiz Quliyev himayədarı, bossu Hacıbala Abutalıbovun işdən çıxmasına baxmayaraq yenədə özünün köhnə “işlərini” davam etdirir. Belə ki, BŞİH -də yenədə məsul işçi kimi vəzifəsində qalan Ramiz Quliyev Eldar Əzizovun yaxın adamları ilə münasibətlər quraraq “makler”liyini davam etdirməkdədir.

Meriyadakı mənbəmizin iddiasına görə yaxın günlərə qədər BŞİH başçısı Eldar Əzizovun Ramiz Quliyevi meriyadan uzaqlaşdıracağı gözlənilirdi. Ancaq bu baş vermədi və əksinə əldə etdiyimiz məlumata görə Ramiz Quliyev meriyada daha ciddi bir vəzifəyə keçmək üçün Eldar Əzizovla danışıqlara başlayıb.

Mənbəmiz Ramiz Quliyevin paytaxt meri ilə anlaşma içində olduğunu və yaxın günlərdə onun daha ciddi vəzifəyə təyinat alacağını istisna etmir. Adı uzun müddət müxtəlif qalmaqllarda halanan BŞİH məsul işçisinin dahada güclənməsinə gəlincə, məlumatlı şəxsi bunu Ramiz Quliyevin əlində kifayət qədər maddi kapitalın olması ilə izah etdi. Yəni meriyanın “makleri” vaxtı ilə torpaq, ev, obyekt biznesindən əldə etdiyi milyonları BŞİH hakimiyyətinin rəhbərliyinə xərcləməyə başlayıb…

Qarşı tərəfin mövqqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu