Ramil Usubovdan daha bir təyinat
Daxili işlər orqanlarında daha bir təyinat olub.
AFN Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Azay Akif oğlu Ağayev Mingəçevir şəhər Polis şöbəsi (RPŞ) rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.
Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.