Naxçıvana 15 sm qar yağıb - FAKTİKİ HAVA




Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.



ETSN-dan verilən məlumata görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artıb və hazırda artım davam edir.

Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında: 0-2 mm; Böyük Qafqazda: 3-18 mm; Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm; Qazax-Gəncə zonasında: 3-15 mm; Kiçik Qafqazda: 10-13 mm; Mərkəzi-Aran rayonlarında: 2-10 mm; Lənkəran-Astara zonasında: 6-49 mm olub.

Qar örtüyünün hündürlüyü: Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu