Mərkəzi Bank uçot dərəcəsini endirdi




Mərkəzi Bank uçot dərəcəsini endirib.



Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.

Qərara əsasən, uçot dərəcəsi 9 faizdən 8,75 faizə endirilib. Sədrin sözlərinə görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin iclasında qəbul edilib.

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən olunub. O əlavə edib ki, bu qərarı qəbul edərkən Mərkəzi Bank həm ölkədə gedən markoiqtisadi prosesləri, həm də əlverişli xarici mühiti nəzərə alıb. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu