Sabaha olan hava proqnozu açıqlanıb




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 27-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.



Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 27-də hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu