ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq, xəstəyə hibrid müdaxilə həyata keçirilib. Eyni vaxtda həm invaziv müdaxilə, həm də cərrahiyyə əməliyyatı icra olunub.

ATU-nun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, universitetin Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov bildirib ki, 3 aylıq körpəyə müayinə nəticəsində ağciyər arteriyasının stenozu diaqnozu qoyulub. Həmçinin, aparılan doppler müayinələrdə hər iki aşağı ətrafda - bud arteriya və venalarının inkişaf anomaliyası aşkarlanıb. Müdaxilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardio-cərrahı dr.Ramal Həsənovla birgə aparılıb. Dr. R.Həsənov tərəfindən qasıq bağından yuxarıda qasıq bağına paralel kəsik aparılaraq xarici qalça venası müdaxilə üçün hazırlanıb. Kardioloq Elnur İmanov invaziv mudaxilə nəticəsində xəstədə mövcud olan ağciyər arteriyasının stenozunu “Pulmonar Balon Valvuloplastikası” vasitəsilə aradan qaldırıb. Eyni zamanda, doktor Ramal Həsənov tərəfindən xarici qalça venasının rekonstruksiyası əməliyyatını həyata keçirilib.

Unikal əməliyyat “Mən artıq ürək qüsurlu deyiləm” şüarı ilə fəaliyyət göstərən ATU-nun Tədris Terapevtik Klinikasının Ürək mərkəzində aparılıb. Hər iki müdaxilə uğurla nəticələnib. Xəstə əməliyyatdan sonra 2-ci gün yaxşılaşma ilə evə yazılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu