“Unibank” kompensasiyaları niyə kəsir?- Ekspert: "Şikayətlər var..."




“Unibank” vətəndaşlara çatası olan kompensasiyanın ya yarısını vermir, ya da müəyyən hissəsini kəsir. Belə bir iddia ilə çıxış edən insanların sayı gündən-günə çoxalmaqdadır.

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov da AFN-ə açıqlamasında məlumatları təsdiqləyib. Onun sözlərinə görə, bu cür şikayət digər banklardan da var: “Bunlar insanların maliyyə-hüquqi məsələləri bilməməsindən istifadə edirlər. Artıq bizə də bir neçə dəfə şikayət gəlib bu mövzuda. Hamıya bildirmişəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi sistemdə adlarına nə qədər kompensasiya yazılıbsa hamısını almalıdırlar. Təbii ki, başqa borc yoxdursa. Varsa ora da yönəldilə bilər. Bunlar hamısı saytdakı məlumatlarda əksini tapıb”.

“Unibank”ın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov kompensasiyaların kəsilməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, prezidentin fərmanında da qeyd olunduğu kimi, kompensasiyaların ödənişində əsas məqsəd müştərilərin kredit yükünün azaldılması, üzləşdiyi maliyyə itkisinin qarşısını almaqdır: “Kompensasiya məbləğindən silinmələr yalnız müştərinin gecikmədə olan və ya məhkəmə qərarı olan krediti üzrə aparıla bilər. Bu proses isə müştərinin kredit yüklülüyünün azaldılmasına, məhkəmdə olan işlərin azalmasına xidmət edir. Gecikdirilən borcdan əlavə məbləğ isə müştərinin özünə qaytarılır. Heç bir gecikməyən kredit üzrə silinmə ola bilməz və olmayıb”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu