Qubad İbadoğlu: "On milyardlarla sərmayə "yeyən", müasir infrastruktura malik olan şirkət..."




2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayan Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu ilin oktyabr ayından Nyu Yorka uçuşları dayandırır.



AFN xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. O qeyd edib ki, AZAL rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb:

"Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb. Əslində mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yollar, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.
Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əgər həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəifliyi ilə əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasına, xidmətin keyfiyyətinin aşağı olmasına görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara daha çox üstünlük verirlər. Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu dövlət konserni restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir, əks təqdirdə on milyardlarla sərmayə "yeyən", müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelsiz işləyəcək və dövlət borclarının artımına xidmət edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu