Aydın Əliyev Əbülfəz Məlikova “çest” verirmiş? - İDDİA
İllərlə Gömrükdə monopoliyanı nəzarətdə saxlayan, “TransBroker”in rəhbəri, hazırda Abşeron Logistika Mərkəzininin şefi Əbülfəz Məlikovla bağlı maraqlı məlumat əldə etmişik.
Broker fəaliyyəti zamani 200 min manatdan çox “vergi borcu” yaranan, ciddi problemlər içində olan brokerlərdən birinin Bizimxeber.az-ın elektron ünvanına göndərdiyi maraqlı məlumatlar arasında eks Gömrük şefi Aydın Əliyevlə monopolist Əbülfəz Məlikovun “isti” münasibətləri maraq doğurur.
Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov Gömrükdə bütün işləri nəzarətdə saxlamaqla yanaşı kimsənin sözünü eşitmirmiş. Ən ciddi problemlər Məlikova məxsus İrandan yüklə dolu gələn avtomobillərin rayonların birində yoxa çıxması və maşınların boşaldılaraq yenidən İrana qayıtması zamanı yaranırmış. Aydın Əliyevin bu vəziyyətə dəfələrlə etiraz etsə də, Kəmaləddin Heydərovun sol əli olan Məlikova gücü çatmırmış.
Daha bir maraqlı iddiaya görə, Komitə sədrdi Aydın Əliyev Gömrük polkovniki olan Məlikova “çest” verirmiş. Bir sözlə, Əbülfəz Məlikov Gömrükdə qanuni-qanusuz istədiyini edirmiş.