Azyaşlı bacılardan ürəkdağlayan müraciət: "Anamızı istəyirik" - Video+Fotolar




İki gündür sosial şəbəkələrdə iki azyaşlı qızın ürəkdağlayan videomüraciəti yayılıb.



AFN xəbər verir ki, azyaşlılar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayaraq uzun müddətdir “T hüceyrəli Kəskin Leykoz” xəstəliyindən əziyyət çəkən analarından bəhs ediblər. Onlar analarının yaşaması üçün təcili sümük iliyi əməliyyatı tələb olunduğunu, lakin maddi imkanlarının çatmadığını bildiriblər. Uzun müddətdir uşaqlarından ayrı qalan ana isə hazırda İstanbulda “Acı Badem Altunzade” xəstəxanasında ölümlə mübarizə aparır.

Məlumata görə, “T hüceyrəli Kəskin Leykoz” xəstəliyində əziyyət çəkən Məmmədova Samirə Nürəddin qızı Kəlbəcər rayonundan məcburi köçkündür və müəllimə işləyir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu