Sabahdan “AZƏRİQAZ” İB işində yenilik edir




Sabahdan "Azəriqaz"ın Sabunçu rayonunda fəaliyyətə başlayan yeni xidmət mərkəzində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması ilə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.



Kütləvi sayğac dəyişikliyindən sonra ən çox ünvanlanan bu müraciətlərə abonentlər sabahdan etibarən daha bir xidmət sahəsində cavab tapa biləcək. İyulun 25-dən başlamaqla Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yuxarıda qeyd edilən məsələlərlə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu