Ucarda DOST vasitəsilə korrupsiya: 540 nəfərin 500-ü ölkədə deyil!-ŞOK ŞİKAYƏT




"Ucar rayonunda rəhbər vəzifəli şəxslər korrupsiya şəbəkəsi yaradıb "DOST" İş Mərkəzi MMC-nin xətti ilə adları məlum olmayan şəxslərin adlarını idarə və müəssisələrə işə yazdırıb maaş kartlarını ciblərinə qoyub dövlətin vəsaitini talan edirlər. Nəticədə də biz işsiz qalmışıq, aclığa, yoxsulluğa məhkum olunmuşuq".

Bunu AFN-in redaksiyasına müraciət edən bir qrup Ucar sakini bildirib. Yazının sonunda adları qeyd edilən sakinlər bildirirlər ki, ölkədə işsizliyin aradan qaldırılması üçün prezident İlham Əliyev sərəncamlar imzalayır müvafiq tapşırıqlar verir: "Bunlardan biri də “DOST” İş Mərkəzinin yaradılması oldu. Cənab İlham Əliyev “DOST” İş Mərkəzi MMC-ni ona görə yaratdı ki, yerlərlə işsiz əhali işlə təmin olunsun, əmək haqqı alıb ailələrini dolandırsın. Ancaq Ucar rayonunda rəhbər vəzifəli şəxslər bundan sui-istifadə edib saxtakarlıqla, talançılıqla məşul olur, vətəndaşlarda kütləvi narazılıqlar yaradırlar. Ucar rayonunda rəhbər vəzifəli şəxslər öz maddi maraqlarına görə saxtakarlıqlar edib "DOST" İş Mərkəzi MMC-ni kasıb işsiz insanlara düşmən ediblər.
“DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, digər idarə və müəssisələrə isə 300 nəfər işə qəbul olunub. Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlsə də, qalan 500 nəfəri işə gəlməyib hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq verirlər. Həttda həmin işçilərin əksəriyyəti bir neçə aydır Azərbaycan respublikasından kənarda Rusiyada və digər xarici ölkələrdə yaşasalar da, onlara hər ay əməkhaqqı yazılır və həmin əməkhaqqının yarısı rəhbərliyə verilir. Bunu isə subut etmək çox sadədir. Belə ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin adları olan siyahı Dövlət Sərhəd Xidməti vasitəsi ilə yoxlanılır. Həmin zaman tam subut olunacaq ki, həmin şəxslərin əksəriyyəti respublikadan kənardadırlar, ancaq onların adı işdə gedir, onlara hər ay maaş yazılır. Həmin şəxslərin hansı tarixdən Azərbaycan Respublikasını tərk etmələri və həmin tarixlərdə əmək haqqı almaları obyektiv yoxlanılmalıdır. Bundan sonra isə adı işdə gedən özləri respublikadan kənarda olan şəxslərin “Kapital” Bank ASC-nin bankomatı vasitəsi ilə hər ay maaş aldıqları yoxlanılsın. Belə olan halda dövlət büdcəsini talan edən vəzifəli şəxslərin cinayət əməlləri tam subut olunacaq.
Həmçinin qalan 300 nəfər işçini isə heç kəs tanımır onların adları işçi kimi qeyd edilib ancaq maaş kartları yuxarı vəzifəli şəxslərin cibindədir. Bunu Ucar rayonunda idarə-müəssisə rəhbərləri əlbir olub ediblər. Bu işdə onlara şərait yaradan rəhbər vəzifəli şxslər də var ki, bu yolla talan edilən küllü miqdarda vəsait onların arasında bölünür. “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimovun da bundan məlumatı var talançılıq yolu ilə əldə olunan vəsaitin müəyyən hissəsi ona ötürülür deyə o, bu barədə heç bir tədbir görmək istəmir. Onu da qeyd edək ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına 540 nəfər şəxsin kimliyinin yoxlanılmadan adının işə yazılmasında Ucar rayon Məşğulluq Mərkəzinin böyük rolu var. Hansı ki, uzun müddət adı iş axtaran kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan şəxslər işlə təmin olunmadı, ancaq adı iş axtaran kimi qeydiyyata alınmayan şəxslər bir zənglə dərhal işlə təmin olundular. Hətta “DOST” MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bir imkanlı ailənin 4 üzvü işə qəbul olunub ki, həmin ailənin üzvüləri bir gün də olsun işə gəlməyiblər, ancaq maaş alırlar. Belə faktlar çoxlu saydadır ki, yoxlanılmasına zərurət var".
Şikayətçilər tələb edirlər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına və digər idarələrə işə qəbul olunan şəxslərin adları açıqlansın, siyahı ictimailəşsin: "Biz işsiz olan və illərdir iş axtaran Ucar rayon sakinləri mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirik, bu müraciətmizdə qeyd etdiyimiz korrupsiya faktlarının obyektiv yoxlanılıb korrupsiya cinayəti törədən vəzifəli şəxslərin barəsində qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq versin. Bu korrupsiya faktının obyektiv yoxlanılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin, əmək və əhalinin sosil müdafiəsi naziri Sahil Babayevin, “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimovun fəallıq göstərmələrinə zərurət var".

Ucar rayon sakinləri

Əliyev Kənan Kərim oğlu
Məmmədov Ramazan Fəttah oğlu
Quliyeva Səmayə İsa qızı
Qədirova Məleykə Nazim qızı
Abdullayev Vaqif Nüsrət oğlu
Əliyeva Könül Usub qızı
Məmmədov Xasay Akim oğlu
Cəbrayılova Dünya Kamil qızı
Tağıyeva Ofeliya Mahmud qızı
Orucov Tahir Paşa oğlu
Hüseynov Fariz Əlimusa oğlu
Kərimova Fatimə Qulu qızı
Paşayev Hüseyn Babaəli oğlu
Gülalıyev Lazım Nazim oğlu
Məmmədov Səxavət Yaqub oğlu
İsmayılov Bəşir Qurban oğlu
İbrahimxəlilov İntiqam Oruc oğlu
Hüseynova Nisə Xəlil qız
Ələkbərova İradə Məmməd qızı
Rəhimov Böyükağa Abdulla oğlu
Vəliyeva Təranə Fətəli qızı
Səmədov Şahin Mənsim oğlu
Kamilov Cəlil Mahir oğlu
Qasımov Cavid Gülağa oğlu
Əliyeva Sədaqət Mirağa qızı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu