“Şərikli Biznes” mövzusunda treninq keçirilib




İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində “Şərikli Biznes” mövzusunda treninq keçirilib.



AFN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində keçirilən tədbirdə KOBİA-nın tədris və konsaltinq şöbəsinin müdiri Elməddin Hacıyevin çıxış edərək KOBİA-nın ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəklənməsindən, fəaliyyətlərini tənzimləməsindən, eləcə də, maraqlarının qorunmasından və problemlərinin həllində iştirak edərək, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətini və qadın sahibkarlığının inkişafını təşviq etməsi istiqamətində gördüyü işlərdən eləcə də, agentliyin qarşısında duran məsələlərdən danışıb.
Treninq İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyevin “Şərikli Biznes” mövzusu ilə davam edib. Tədbir zamanı “Şəxsi biznesin qurulmasına maraq”, “Uğurlu ortaqlığın təminatı, ortaqlar arasında anlaşma sənədinin hazırlanması”, “Birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri”, “ Biznesdə birgə fəaliyyət və onu uğursuzluğa aparan səbəblər” və digər mövzularda iştirakçılara geniş məlumat verilib.
Tədbirdə 10-a yaxın sahibkarlıq sferasını tənzimləyən dövlət qurumlarının ekspertləri, şərikli biznesdə maraqlı olan təşəbbüskarlar, sahibkarlar və QHT nümayəndələri olmaqla ümumilikdə 30-a yaxın şəxs iştirak edib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu