“AtaSığorta”, “Standard İnsurance” və “AzSığorta” şirkətləri AFN-in sorğusundan niyə yayındılar?




AFN-in barəsində ən çox şikayət dərc olunan sığorta şirkətləri -“AtaSığorta”, “Standard İnsurance” və “AzSığorta”- arasında sorğu keçirmək cəhdi nəticəsiz qalıb.



Qeyd edək ki, ötən həftə mediada “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun 2019-cu ilin sentyabr ayı üzrə açıqladığı hesabatı dərc edilib. Məlumatda bildirilir ki, qeyd olunan dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan sığorta şirkətləri “AtaSığorta, “Standard İnsurance” və “AzSığorta”dır. Belə ki, sentyabr ayı ərzində “AtaSığorta” barəsində 28, “Standard İnsurance” haqqında 25 və “AzSığorta”ya aid 32 neqativ məlumat dərc edilib. Xəbərlər daha çox şikayət xarakterli olub.

Adıçəkilən şirkətlərin heç biri media monitorinqin nəticəsinə münasibət bildirməyib. Dəfələrlə əlaqə saxlasaq da, “AtaSığorta” şirkətindən ümumiyyətlə suallarımıza cavab verən olmadı. Digər iki sığorta qurumunun marketinq şöbəsinin əməkdaşları isə yalnız yazılı sorğu əsasında cavab verə biləcəklərini qeyd etsələr də, yazılı müraciətlərimiz də cavabsız qaldı.

Redaksiyadan: Yaranan mənzərə adıçəkilən şirkətlərlə işləyən kontingentin narazılıqlarının haqlı olduğunu deməyə əsas verir. Görünür, müştərilərlə də bu cür laqeyd davranışın nəticəsidir ki, şirkətlər medianın gündəmində neqativ məlumatlarla olublar. Ümid edirik ki, aidiyyatı qurumlar, başda Maliyyə Bazarlarına Nəzarət Palatası olmaqla, müvafiq tədbirləri görməkdə gecikməyəcəklər.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu