Millət vəkili Bakıda 1.4 milyona torpaq satır - FOTOLAR




Millət vəkili, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Gənclik metrosu yaxınlığında, "Milyonerlər məhəlləsi" adlandırılan ərazidə 5 sot torpaq sahəsini satışa çıxarıb.



Bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin sözlərinə görə, millət vəkili torpaq sahəsinə 1,4 milyon manat qiymət qoyub. Ərazi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub.

Sabir Hacıyevin oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu