Mustafa Kamal Atatürkün dəfnindən FOTOLAR




Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 81 il ötür.



Atatürk 19 may 1881-ci ildə Salonikidə dünyaya göz açıb. O, 57 illik qısa ömründə Türkiyə İstiqlaliyyət Müharibəsində Türk Milli Hərəkatına rəhbərlik edib və ölkəni Osmanlı İmperiyasının süqutundan sonra yaranan ciddi böhrandan çıxarıb.

Mustafa Kamal Atatürk Avropa ölkələri ilə Lozanna Sülh Müqaviləsini imzalayaraq Türkiyənin müstəqilliyinin beynəlxalq arenada tanınmasına nail olub. Böyük öndər 1923, 1927, 1931 və 1937-ci illərdə Türkiyə prezidenti seçilib və fəaliyyəti dövründə bir çox islahatlar və inqilabi dəyişikliklərlə tarixə düşüb.

Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə, saat 09.05-də qaraciyər serrozundan həyatını itirib. O, 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb. (Qaynarinfo)
































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu