Şenol Günəşdən ilginc açıqlamalar: “Ardanı biz məhv etdik...”




"Bunu Şenolmu, Fatihmi, Luçeskumu etdi? Milli komandada bir uğur varsa, mən etmədim, biz etdik. Luçeskuya təşəkkür edirəm. Etmişdim, amma bir daha edirəm. Təşəkkür etməyənlər də vardı. Milli komandanın uğuru hamımızın uğurudur. Nə etdiksə, hamımız birlikdə etdik”.



Qaynarinfo xəbər verir ki, Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Beynəlxalq Futbol İqtisadiyyatı Forumunda çıxışında qeyd edib.

Günəşin açıqlamalarının diqqətəlayiq məqamlarından bəzilərini təqdim edirik:

"Əlimdən pullarımı da, üstəlik iki ilimi də aldılar, amma mən işimə davam etdim. Ən yaxşı maaşı indi alıram. Mənə pulgir deyənlər özləri ölkəni soyurlar”.

"Futbolçu yetişdirmək işində problemlərimiz var. Yeni nəsil futbolçular yetişdirmək üçün akademiyalar yaratmalıyıq”.

"Cenk Tosun 20 milyona satıldı, Yusif 10 milyona getdi. Hər gedən sənə xarici valyuta gətirir. Sonra gəlmə-yerli söhbəti edirik. Bizimki gedirsə, xarici valyuta gəlir, xarici biri gəlirsə, siz valyuta verirsiniz. Nə oldu, bəs biz Türkiyə iqtisadiyyatını qoruyurduq? Qorumaq istəyirsənsə, yetişdir, xaricə göndər”.

"Pulu çirkli hesab etdiyim üçün məşq etdirdiyim klublarda pul söhbəti olmamış sadəcə fikrimi dedim. Oyunçu, məşqçi, prezident sisteminin nizamını qorumalıyıq. Bu nizam pozulmamalıdır”.

"Merih və ya Çağlar, Burak... bizdə bu an olmayan dünya markası Arda. Biz birlikdə yox etdik onları. Yaşına görə nələrsə oldu. Türkiyədə həm təmsil etmək baxımından, həm futbolda, həm qabiliyyətdə ən yaxşısı Arda idi”.

"Məni heç tanımayan biri məni təhqir edir. Gəlin yetişdirdiklərimizi məhv etməyək. Mən çox çətin sınaqlardan keçdim. Hər itki mənə yeni mənəvi qazanclar gətirdi”.

"Əsas məqsədimiz 2022-ci il Dünya Kubokunda iştirak etmək, orada finala çıxmaqdır. Milli Komandanın uğuru hamımızın uğurudur. Uğur üçün adam axtarılır. Biz uğuru hamılıqla birgə qazandıq”.

"Kaqavanın alınmasını çox istəyirdilər, mən istəmədim, əvəzində oyunçularımızın pulunu ödəmələrini istədim. Bir kostyumun var, bir şalvar da almaq yerinə, köynək alın, çünki çatışmayan köynəkdi. Pul verməsən, xarici oyunçu onsuz da oynamayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu