“Nar”ın dəstəyilə keçirilən intellektual yarışda “Bilik” kuboku uğrunda mübarizə davam edir




Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə keçirilən “Breyn Rinq” intellektual yarışlarında “Bilik” kuboku uğrunda mübarizə davam edir.



AFN-in xəbərinə görə, yarışlarda respublikanın 15 bölgəsini və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Xatırladaq ki, birinci yarımilin və ilk kubokun sahibi “Nar” komandası olub. Dekabrın 29-u İctimai Televiziyanın efirində yayımlanacaq “Breyn Rinq” yarışında “Bilik” kubokunun qalibi müəyyənləşəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı uğrunda yarışacaqlar.

“Nar” ənənəvi olaraq “Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün də xüsusi müsabiqə keçirir. Mobil operatorun rəsmi “Facebook” səhifəsində keçirilən müsabiqədə son ayın qalibləri Abdulmahmud Bəkirzadə, Könül Mikayılova və Emin Əbdürəhmanov olub.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu