NRYTN rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib




Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Ucarda, nazirin birinci müavini Əli Abdullayev Göyçayda vətəndaşlarla görüşüb.



Nazir Ucar və Kürdəmir, nazirin birinci müavini isə Göyçay sakinlərini qəbul edib. Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu