Azərbaycan Asiya İnkişaf Bankından daha 250 milyon dollar borc aldı
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (ADB) 250 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanıb.
Bu barədə Bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, bu, ADB-nin Azərbaycan hökuməti ilə birgə reallaşdırdığı "İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı – Alt proqram 2” çərçivəsində təsdiq etdiyi 500 milyon dollarlıq kreditin 2-ci hissəsidir. Sazişi maliyyə naziri Samir Şəriofov və Bankın yerli nümayəndəliyinin rəhbəri rəhbəri Nəriman Mannapbekov imzalayıb.
Xatırladaq ki, Azərbaycan ADB ilə təxminən 20 ildir ki, əməkdaşlıq edir. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard dollara yaxın vəsait ayırıb.(Report)