Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE




Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.



AFN yeniavaz.com-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu