Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı açıqlama




Dünən polis polkovniki Vaqif Əsədovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb.



Ümumilikdə İdarənin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var. Lakin bu, V.Əsədovun işdən azad edilməsi anlamına gəlmir. Belə ki, bu gün Vaqif Əsədov BŞDYPİ adından yağmurlu hava ilə bağlı açıqlama verib. Sərəncamda olsa da, o, işini davam etdirir.

Məsələylə əlaqədar Bizimyol.info saytına açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Hamı sərəncama götürülb deyirsiniz. Bəs bu yollarda xidməti vəzifəsini yerinə yetirən polislər deyilmi? Bu məlumatlar doğru deyil. Xəbərlərin hardan qaynaqlanması barədə məlumatım yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu