Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib




Böyük Britaniya Avropa Birliyində son gününü keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə saat 03:00) Birləşmiş Krallıq rəsmən üzvlüyünü başa vuraraq birliyin tərkibindən çıxıb. Onun Avropa Birliyinə üzvlüyü düz 47 il 31 gün davam edib.

Bundan sonra Avropa Birliyi 27 dövlətdən ibarət olacaq.

“Report” xatırladır ki, Böyük Britaniya 50-ci illərin sonu – 60-cı illərdə Avropa Birliyinə üzvlük üçün bir neçə dəfə müraciət edib. Lakin Fransa, o cümlədən həmin vaxt bu ölkəyə rəhbərlik etmiş Şarl de Qoll (İkinci Dünya Müharibəsində ABŞ Şarl de Qolla deyil, onun rəqibi olan digər generala dəstək verirdi - red) Britaniyanın amerikapərəst siyasət yürütdüyünü əsas gətirərək Londonun müraciətinə iki dəfə “veto” qoyub. Buna görə də Britaniya yalnız 1973-cü ildə birliyə daxil olub.

********************************************************************************

VPS hosting yüksək texniki göstəricilər və rahat istifadə axtaranlar üçün ideal seçimdir. Hostimul şirkəti fərqli ehtiyaclara cavab verən etibarlı vps hostinq paketləri təklif edir. Fərqli disk həcmi, RAM və sürət parametrlərinə malik paketlər arasından seçim etmək üçün daxil olun.
Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/cloud-vps-hosting/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu