Parlament seçkisi üçün könüllülər YAP-a 453 min manat topladı




Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

AFN secki-2020.az-a istinadən xəbər verir ki, partiya bununla bağlı hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu