YAP Əli Həsənovun bir çox kadrları üçün dəbilqə rolunu oynayır - Aydın Mirzəzadəyə sözardı...




2018-ci il prezident seçkilərindən sonra ictimaiyyətdə belə bir fikir formalaşdırılırdı ki, guya İlham Əliyevin seçkilərdə qələbəsini Əli Həsənovun qurduğu uğurlu təbliğat-təşviqat işi təmin etdi. Guya manatın devalivasiyası səbəbiylə əhalinin yaşayış səviyyəsi və gəlirləri aşağı düşdüyünə görə İlham Əliyevin reytinqi də aşağı düşmüşdü.



Aydın idi ki, bu fikir siyasi kuluarlarda formalaşdırılaraq dolayı yollarla cəmiyyətdə şüurlara yeridilirdi. Hətta həmin vaxtlarda Əli Həsənovun administrasiyanın koridorunda prezidentlə olan bir fotoşəkli yenə dolayı yollarla – saxta profillər vasitəsilə paylaşılaraq sosial şəbəkələrdə yayılmış, belə bir təəssürat yaradılmışdı ki, prezidentin əsas siyasi texnokratı məhz Əli Həsənovdur.
Əslində isə, bunun tam əksi baş verirdi: Əli Həsənov və davamçılarının apardıqları bərbad təbliğat prezidentin imicinə nə qədər ziyan vursa da, xalqın Heydər Əliyev yoluna və siyasətinə güvəni sarsılmır, hər bir Azərbaycan vətəndaşının ayrı-ayrılıqda qəlbini fəth etmiş İlham Əliyevə sıravi insanların bəslədiyi ehtiram dolu sevgi hissləri solmurdu.
Qələbəni təmin edən də məhz bu oldu - kiçik insanların qəlbində çoxdandır özünə yer eləmiş, kimlər üçünsə kiçik görünən, əslində isə böyük olan İlham Əliyev sevgisi. Əli Həsənovun əsas işi insanların prezidentə olan sevgisi üzərində alver etmək idi. Daha dəqiq desək, bu insan sevginin koordinatorluğu ilə məşğul olurdu. İctimai-siyasi şöbə sanki prezidentlə cəmiyyət arasında gömrük postu qurmuş – istədiyi adamların sevgisini prezidentə və əksinə prezidentin sevgisini müəyyən etdiyi sosial qruplara ötürürdü.
Əli Həsənov və davamçıları özünü prezidentin ən yaxın ətrafı kimi təqdim edir, Heydər Əliyevin xalqın dəstəyi ilə qurduğu, İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının qurucuları kimi özlərini cəmiyyətə sırayırdılar.
YAP bu dələduzlar üçün müdafiə dəbilqəsi, sığorta kəməri rolunu oynayıb və oynamaqdadır.
Onlar sədri prezident olan Yeni Azərbaycan Partiyasından ictimaiyyətin qəzəb və nifrətindən qorunmaq üçün çətir kimi istifadə edirdilər. Təəssüf ki, bu proses hələ də davam edir. Diqqət yetirsək görərik ki, hələ də, Əli Həsənovun töküntüləri YAP-ın sədrinin İlham Əliyev olduğuna israrla istinad edir, bu çətirin kölgəsində gizlənərək sivişib parlamentə düşəcəklərinə ümid edirlər.
Əli Həsənovu ətrafında olan Elman Nəsirov, Aydın Mirzəzadə və s. bu kimi deputatlar ilk baxışda ziyansız marionetlər kimi görünsələr də, əslində Əli Həsənovun qurduğu respublika miqyaslı ictimai-siyasi mexanizmin hələ-də ayaqda qalması və fəaliyyət göstərməsini təmin edən kifayət qədər güclü administrativ resurs, maddi güc və beynəlxalq dəstəyə malik qüvvələrdir.
Əli Həsənovun şəxsi xeyir duası ilə rayon YAP təşkilatlarının rəhbəri təyin etdiyi sədrlər həmin bölgənin faktiki hakimidirlər.
Məsələn Ağstafa rayonunda YAP-ın hələ də sədri olan Ramiz Tatarov, yaxud Mingəçevir şəhərində partiyaya rəhbərlik edən Cavanşir Yusubov kimiləri seçki qutusunun taleyini istədikləri səmtə elə yönəldirlər ki, heç Məzahir müəllimin də xəbəri olmur.
Rayonlarda vəzifə tutan bütün məmurlar YAP-ın üzvü olduqları üçün sədrin qərarına qarşı çıxa bilmirlər. Adi bir faktı misal gətirək: Mingəçevirdə İcra Hakimiyyətinin başçısı YAP sədrinin müavinidir. Belə çıxır ki, başçı ikili tabeçilikdədir – prezident İlham Əliyev və yerli YAP-ın sədri Cavanşir Yusifovun tabeçiliyində. Aydın Mirzəzadə isə Mingəçevir yapçıları üçün “ali-dini-mənəvi” liderdir. Aydın Mirzəzadə bütün yazılarında özünü Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının qurucusu kimi təqdim edir. Güya həmin vaxt ona qarşı güclü təzyiqlər olub, amma buna baxmayaraq o, bütün məşəqqətlərə dözərək Mingəçevirdə - 100 minlik şəhərdə YAP-ı qurub.
Mingəçevir ictimaiyyətinin hamılıqla ayağa qalxaraq Heydər Əliyevi dəstəkləyərək onun yaratdığı partiyanın quruculuğunda iştirak etməsini heçə sayan Aydın Mirzəzadə sonradan Əli Həsənovla birlikdə yazdığı kitablarda YAP-ın tarixinini saxtalaşdıraraq özlərinin müstəsna rollarını qabardıblar.
Necə ki, Əli İnsanov partiyanı qurmaqla öyünür, onun miqyasca kiçik variantını Mingəçevirdə Aydın Mirzəzadə həyata keçirir. Mingəçevirdə olan vəziyyət bölgələrimizin bir çoxlarında hökm sürür və nə qədər ki, YAP çətirinin altından Əli Həsənovun dələduzları qovulmayacaq, yerlərdə real hakimiyyət şərikli olacaq.
Davamı var...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu