Natiq Cəfərlinin müraciəti geri qaytarıldı




Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 12 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Natiq Cəfərlinin müraciətinə baxılıb.



“Qafqazinfo” xəbər verir ki, iclasda bildirilib ki, şikayətvermə müddəti ötürüldüyündən müraciət ərizəçiyə geri göndəriləcək.

Həmçinin 125 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Afət Telmanqızının da müraciətinin vaxtı ötdüyündən ərizəçiyə geri qaytarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu