“Apple” “iPhone”ların tədarükünü azaldır




ABŞ-ın “Apple” korporasiyası Çində yayılmış koronavirusla bağlı vəziyyəti nəzərə alaraq bütün dünyada “iPhone”ların tədarükünü müvəqqəti azaltdığını elan edib.


“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, virusun əsas məkanı olan və karantin elan edilmiş Hubey əyalətindən kənarda smartfonların istehsalı “Apple”ın proqnozlaşdırdığından daha yavaş artır. Şirkətin məhsullarına olan tələbə təsir edən ikinci amil Çində bir çox “Apple” mağazasının karantin səbəbi ilə bağlanması, bəzilərinin isə qısaldılmış iş qrafiki ilə işləməsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu