Astara, Lənkəran və Masallıda yerli xəstəxanalar bağlanıb? - 350 nəfərin karantinə alındığı bildirilir




Azərbaycanın cənub rayonlarında dövlət xəstəxanaları yerli əhali üçün bağlanıb.



AFN-ə bu barədə məlumatı səhiyyə sahəsində olan mənbə verib. Bildirilir ki, Astara, Lənkəran, Masallı rayonlarında bütün dövlət xəstəxanaları yerli vətəndaşlar üçün bağlanıb. Buna səbəb isə İranda təhsil alan tələbələrin ölkəyə gətirilərək həmin xəstəxanalarda karantinə alınmasıdır: "İranın müxtəlif şəhərlərində təhsil alan 350-yə yaxın tələbə ölkəyə gətirilərək bu rayonlarda dövlət xəstəxanalarında karantinə alınıb. Xəstəxanalar Bakıdan təchizatla təmin edilib. Yerli vətəndaşlardan xahiş edilib ki, ehtiyac olduğu təqdirdə zonada fəaliyyət göstərən özəl xəstəxanalara müraciət etsinlər".

TƏBİB-in mətbuat xidmətindən bildirildi ki, xəstəxanalarda karantin üçün şərait yaradılsa da, tibb müəssisələri yerli əhali üçün bağlı elan edilməyib: "Vətəndaşlar istəsələr xəstəxanalara müraciət edə bilərlər. Karantin üçün şərait yaradılıb, İrandan virusun qaynar olduğu ərazilərdən gələn şəxslərin müayinəsi üçün hazırlıq görülüb, amma yerli əhali üçün heç yer bağlanmayıb. Tələbələrə gəldikdə, İranda təhsil alanların xüsusi gətirilməsi yoxdur, kim gəlsə müayinəyə cəlb olunacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu