Rəşid Mahmudov koronavirusu "zərərsizləşdirməyin" yolunu təklif etdi - ultrabənövşəyi şüalarla...




Tanınmış fizioloq Rəşid Mahmudov koronavirusla bağlı yeni mübarizə üsulu təklif edib.



Bu barədə AFN-ə danışan R.Mahmudov bildirib ki, virus yayılandan daim onun üzərində düşünür, problemin həlli yollarını arayır: "Fikrimcə, koronavirusu ultrabənövşəyi şüalarla məhv etmək olar. Məsələn, içdiyimiz suya bu cür şüalar verilir və biz o sudan istifadə edirik. Bu, suyun ən təmiz zərərsizləşdirilməsi üsuludur. Eyni qaydada kütləvi məkanların, ictimai nəqliyyatın girişində süni ultrabənövşəyi şüaların verilməsini təmin etməklə koronavirusu müalicə etmək olar. Bunu universitetlərin, orta məktəblərin girişində də təşkil etmək olar. Qısa müddətdə bundan can qurtqarmaq mümkündür. Bu, ideyadır təbii ki. Ultrabənövşəyi şüaları necə almaq olar, onu gərək müvafiq qurumlar düşünsünlər. Koronavirusu öldürən günəş şüasıdır - 25-27 dərəcədə məhv olur. Günəş şüasında da ultrabənövşəyi şüalar yüksək bakterisid təsirə malikdir ".
Qeyd edək ki, ultrabənövşəyi şüaların ən geniş istifadəsi suyun tərkibinin zərərsizləşdirilməsindədir. Alimlər iddia edirlər ki, ultrabənövşəyi şüalarla suyun zərərsizləşdirirlməsi üsulu suyun xlorlaşdırırlmasından üstündür. Belə ki, bu üsulla suyun təbii, fiziki və kimyəvi xassələri dəyişmir, bakteriyalar daha tez tələf olur, şüalandırmada nəinki mikrobların vegetativ formaları, hətta sporlar da tələf olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu