Dünyada koronavirusa yoluxanların sayı 234 min nəfərə çatdı
Dünyada COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 234 min nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.
Xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, koronavirusdan demək olar ki, 10 min nəfər ölüb.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus 210 min xəstənin olduğunu bildirib.
Tedros Adhanom Qebreyesus koronavirusun qarşısını almaq üçün alkoqollu içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb.
"Sizin immun sisteminizin normal işləməsinə kömək edən sağlam və faydalı qidaları yeyin, alkoqolun istifadəsini məhdudlaşdırın və şəkər tərkibli içkilərdən çəkinin, siqaret çəkməyin. Əgər koronavirusa yoluxsanız, siqaret çəkmək xəstəliyin ağır formasının inkişafı riskini artıra bilər", - o brifinqdə deyib.