İmkansız vətəndaşlara yardım ediləcək -
"Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".
Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə müsahibəsində deyib.
Qurum rəsmisi bildirib ki, sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:
"Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək".(Qafqazinfo)