Neft Fondu martda valyuta satışını 3 dəfədən çox artırıb




Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 mlrd. 771,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Təkcə mart ayında isə ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin mart ayına nisbətən 3,2 dəfə çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu