Azərbaycanda icra başçısının müavini koronavirusdan sağaldı




Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi pozitiv çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu