“Anam dedi ki, koronavirusa yoluxduğunu bilməsinlər, səni alan olmaz”




Koronavirusdan sağalan Türkiyə vətəndaşı Mələk Yıldırım 4-9 mart tarixlərində Fransanın paytaxtı Parisə səyahət edib.



“Habertürk”ə danışan Mələk 10 martda Diyarbəkirə qayıtdığını bildirib.

“15 mart günü xəstəxanaya getmək məcburiyyətində qaldım. Temperaturum qalxmışdı və ağrılarım var idi. 16 martda – doğum günümdə xəstəxanaya yatırıldım. 17 martda koronavirus testimin nəticəsi pozitiv çıxdı. Özümə görə yox, təmasda olduğum insanlara görə qorxurdum. Fransadan dönəndə görüşdüyüm 8 nəfərin iksində nəticə neqativ çıxdı, 6 nəfər isə 14 günlük karantin günlərini problemsiz yola verdi. Düşündüm ki, virusa təyyarədə yoluxmuşam, çünki Fransadakı yaxınlarımda da analizin nəticəsi neqativ idi” deyə, M.Yıldırım söyləyib.

M.Yıldırım deyib ki, müalicənin ilk üç günü onun üçün çətin keçib:

“Şiddətli ağrılarım və hərarətim var idi. Beşinci gündən etibarən düzəldim. 13 gün xəstəxanada qaldım. Bu qədər müddət otaqda tək qalmaq asan deyil. Buna görə də sosial məsafəyə diqqət etmək lazımdır. Xəstəxanadakı izolyasiya dönəmində psixologiyam yaxşı deyildi. Filmlərdə qatilin qurbanına zəng etdiyi kimi 8 nəfəri tez-tez yığırdım. Xəstəliyin əlaməti varmı, özlərini necə hiss edirlər deyə sual verirdim”.

O, valideynlərinin xəstəliyinə verdiyi reaksiyadan da söz açıb:

“28 mart günü xəstəxanadan çıxdım. Ailəm Mardində qalır, evdə isə yemək bişirə biləcək heç kim yoxdur. Buna görə atama zəng etdim, o da dedi ki, qızım, gəlmə. Anam isə dedi ki, koronavirusa yoluxduğunu qohumlar eşitməsin, evdə qalarsan, səni alan olmaz”.(axsham.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu