"Evə gedirəm" portalı bu gündən işə düşəcək




Xarici ölkələrdən Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan "Evə gedirəm" portalı bu gündən öz işinə başlayacaq.

“Report” xəbər verir ki, www.evegedirem.info portalı aprelin 18-i saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq.

İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu