Azərbaycanın səfirliyi Rusiyadan qayıtmaq istəyənlərin siyahısını hazırlayır




Azərbaycanın Rusiyadakı səfirliyi vətənə qayıtmaq istəyən vətəndaşların siyahısını tərtib edir.

“RİA Novosti”nin məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, siyahıların tərtibi vətəndaşların geri qayıdışını təşkil etmək imkanı olduqda sərhədi keçən insanların axınını tənzimləmək üçün aparılır.

O əlavə edib ki, Rusiyadan vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün diplomatik nümayəndəlikdə 24 saat fəaliyyət göstərən “qaynar xətt” istifadəyə verilib.//oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu