Tərtərdə videobağlantı vasitəsilə müşavirə keçirilib - FOTOLAR




Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirakı ilə ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.



Müşavirədə dünyada sürətlə yayılan koronavirus pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub. Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.

Bildirilib ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır.

Qeyd olunub ki, möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına Tərtər rayonu da qatılıb. Aksiya rayonda xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Sovqatlar imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar üçün təşkil olunub.

Rayon icra hakimiyyətinin başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də yaşı 65-dən yuxarı olan sakinlərin yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı göstərişlər verib. Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunulub. Yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemoloji tədbirlərin icrasına nəzarəti daha da gücləndirmək tapşırılıb.

İnzibati ərazilərdə sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq və vaxtında tədbirlər görmək barədə də göstərişlər verilib.

Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Dövlət başçısının ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin Tərtər rayonunda uğurla icra olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Tərtər rayonunda pambıq və barama istehsalı ildən-ilə artmaqdadır.

Müşavirədə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu il də yüksək məhsul əldə etmək üçün barama saxlanılacaq yerlərə mütəxəssislər tərəfindən baxış keçirilməsi, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazımi köməkliyin göstərilməsi, baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsi, eləcə də pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı aidiyyəti şəxslərə lazimi tapşırıq və tövsiyələr verilib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu