"O sürücülər şirkətdən yanacaq oğurlayıblar" - AzTV-dən açıqlama




Son günlər bəzi internet resurslarında "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində 9 sürücünün işdən azad edilməsi ilə bağlı məlumat yayılıb.



Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, həmin sürücülər QSC-dən yanacaq oğurluğu edib və bu, konkret faktlar, avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib: "Hazırda QSC bu barədə (8 nəfər barəsində) Səbael rayon Polis İdarəsinə və (1 nəfər barəsində) Laçın rayon Məhkəməsinə müraciət göndərib. Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər. Özü də, müraciətdə adları çəkilən sürücülərdən biri (red. Məmmədov Anar Vaqif oğlu) təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, həmçinin digər 8 nəfər yenidən bu əmələ at atıblar. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə açıqlama verəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu