Neftçalada son vəziyyət: Su problemi necə həll olunur? - AÇIQLAMA




"Hazırda rayon sakinlərinə suyu maşınla veririk".

Bu sözləri Qaynarinfo-ya Kür çayının dəniz suları ilə qarışmasından sonra əhalinin içməli su ilə təmin edilməsində yaranan problemdən danışarkən Neftçala Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin baş məsləhətçisi, mühəndis Fəridə Əhmədova deyib.

"Neftçala rayonunun mərkəzi, Xıllı qəsəbəsi, Kürkənd, Bir Mayak, İki Mayak, Qırmızı Şəfəq və Yeni Kənd yaşayış massivlərinin sakinləri Salyan götürülərək təmizlənmiş su ilə təmin olunur" deyə RİH rəsmisi bildirib.

Fəridə Əhmədova qeyd edib ki, suyun tərkibinin araşdırılması ilə bağlı laboratiryalara nümunələr göndərilib:

"Suyun vətəndaşlara verilib-verilməyəcəyi laboratoriya nəticələrindən sonra müəyyən ediləcək. Hazırda Kür suyunda təmizlənmə işləri davam edir. Mingəçevirdən buraxılan su yavaş-yavaş Neftçala ərazisinə gəlib çatır".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilib. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu