Əmanətlərin qaytarılması prosesində biabırçılıqlar baş verir - EKSPERT
"Əmanətlərin qaytarılması prosesində çoxsaylı biabırçılıqlar baş verir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bağlanan banklardan əmanətlərin qaytarılması prosesini şərh edərkən deyib. İqtisadçı hər gün bununla bağlı ona zənglərin olduğunu bildirib:
"Əmanətçilərin hüquqları kütləvi şəkildə pozulur, incidilirlər. Bağlanan bankların məsuliyyətsiz qərarlarının, Əmanətlərin Sığortalanması Fondunun işini düzgün qurmamasının fəsadlarını əhali çəkir. Sığortalanma qanunvericiliyində mövcud olan çatışmazlıqlar azmış kimi təcrübədə bu mexanizmin nə qədər problemlər yaratdığını görürük. Mərkəzi Bank məsələyə təcili müdaxilə etməli, insanların pozulan hüquqları bərpa edilməlidir”.
Samir Əliyev vurğulayıb ki, əks halda sığortalanma mexanizmi etibarını itirəcək:
"Bu isə əhalinin ümumilikdə bank sektoruna inamını zədələyəcək”.