Rəvanə Əliyevanın ailə üzvləri koronavirusa yoluxub - özü tədbirə buraxılmadı





TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva dünən keçirilən Operativ Qərargahın brifinqinə buraxılmayıb.



Musavat.com xəbər verir ki, tədbir işçilərinin girişdə qızdırması ölçülən zaman Rəvanə Əliyevanın temperaturu yüksək olub.

R.Əliyeva təkrar yoxlamadan keçirilib və qızdırması yüksək olduğu üçün tədbirə buraxılmayıb.

Məlumata görə, Rəvanə Əliyevanın anası və daha bir neçə ailə üzvü koronavirusa yoluxub. Onlar karantinə alınıblar.

Rəvanə Əliyevanın özünə gəldikdə isə onun hələ koronavirusa yoluxduğu təsdiq edilməyib. Məlumatlara görə, onun koronavirusla bağlı verdiyi test neqativ çıxıb.

R.Əliyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərinə cavab vermədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu