Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından qurtuldu




Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq, əlil arabasından qurtulub.



AFN trend-ə istinadən xəbər verir ki, Cavid Həsənlinin xəstəliyi yeddi yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. Üçüncü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda dörd dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu