Rasim Balayev vətəndaşlara çağırış etdi




Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda və rayonlarda Azərbaycan-Ermənistan sərhədində ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçularla bağlı Azərbaycan ordusuna dəstək olaraq kütləvi tədbirlər keçirilib. Ötən gecə paytaxtdakı yürüşdə çoxsaylı insan iştirak edib. Bundan sonra Daxili İşlər Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar vətəndaşlara müraciət edib.



Xalq artisti Rasim Balayev də indiki məqamda koronavirusa görə insanların bir yerə toplaşması ilə bağlı olaraq vətəndaşlara çağırış edib. R. Balayev “Qafqazinfo”ya bildirib ki, axşam baş verən hadisələri izləyib:

“Düşmənin bizə hücum etdiyi bir vaxtda belə şeylər məncə, lazım deyil. Əgər kimsə Qarabağ uğrunda vuruşmaq istəyirsə, gedib Tovuzda vuruşsun. İnsanlar Qarabağın bu qədər uzun vaxtda düşmən tapdağı altında olmağına dözmür. Hamımızın da arzusu budur ki, Qarabağı azad görək. Bunun üçün kiminsə qüdrəti, cəsarəti, gücü var. Getsinlər Səfərbərlik Xidmətinə müraciət etsinlər. Belə bir vaxtda dövlətin bir binasına Milli Məclisə girib oranı dağıtmaqla nə demək istəyirlər?! Bunların içində vəziyyətdən istifadə edənlər də oldu. Ordumuz düşmənə layiqli cavab verib. Ölkənin qayda-qanunu var. Bu qədər bir yerə yığılanda xəstəlik də yayıla bilər. Son vaxtlar xəstəliyin sayı artıb. Təbii ki, bu, təhlükəlidir. Ona görə də insanların pandemiyaya görə bir araya toplaşmasını düzgün hesab etmirəm.

Koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşlara müraciətində pandemiyanın doğurduğu ciddi təhlükəni unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu