Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqaya yüksəkliyindən - VİDEOREPORTAJ




Azərbaycan - Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə ermənilərin yaydığı yalan məlumatlara cavab verib.

AFN oxu.az-a istinadla verdiyi məlumata görə, o qeyd edib ki, hazırda Ağdam kəndinin mərkəzindədir.

Jurnalist Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyana səslənib:

“Bu gün 17 iyuldur. Arxamda Qaraqayadır. Artsrun Ovannisyana deyin ki, əgər bu post ermənilərdədirsə, vursunlar məni. Haradadır erməni təxribatçıları? Artsrun, bura bax. Mən buradayam. Bəs sənin əsgərlərin hanı?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu