Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqaya yüksəkliyindən daha bir VİDEOREPORTAJ




Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyindən daha bir reportaj hazırlayıb.



O qeyd edib ki, hazırda Ağdam kəndinin mərkəzindədir və arxada yenilməz Azərbaycan əsgərinin yenilməz Qaraqaya yüksəkliyi var:

“Azərbaycan əsgərinin postları oradadır. Toxunulmayıb, itirilməyib. Düşmən tərəfindən sosial şəbəkələrə dezinformasiya ötürülür və bu yalan məlumatlardan biri də həmin postun itirilməsidir.

Bir çoxlarımızı bu, təşvişə salıb, suallar doğurub. Baxın, qara yalanın təkzibi arxamdadır. Qaraqaya ermənilərdə olsaydı, biz burada çəkiliş apara bilməzdik.

Eşq olsun yenilməz Azərbaycan əsgərinə. Bizim yolumuz haqq yoludur. Düşmən əziləcək, zəfər bizim olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu