Bakıda Qurban bayramı yarmarkası keçiriləcək




Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında 15 ünvanda “Kənddən şəhərə” yarmarkasının keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AFN "Report"a istinadla xəbər verir ki, bu barədə vahid dövlət satınalmaları portalında qeyd olunub.

Tenderin qalibi "Innosol" MMC-dir.

Qalib şirkətə 22,2 min manat ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu