İlham Əliyev: "AZAL-ın bütün təyyarələrini dövlət alıb, bəs bunun gəliri mənfəəti hardadır?"




Prezident İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edib.



Bu gün keçirilən müşavirədə dövlət başçısı digər dövlət şirkətləri ilə yanaşı, AZAL-ın da fəaliyyətindən narazılığını bildirib:
«AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir»-deyə prezident bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu