Azərbaycanda sığorta şirkəti bağlanma qərarı verdi




“Rəvan Sığorta” ASC-nin səhmdarları şirkətin bağlanmasına qərar verib.



Bunu “MediaPost”a açıqlamasında sığorta şirkətinin İdarə Heyətinin sədri Fərhad Aslanov deyib. Onun sözlərinə görə, səhmdarların ümumi yığıncağında könüllü ləğvetmə ilə bağlı qərar qəbul edilib. Bununla bağlı protokol hazırlanaraq Mərkəzi Banka göndəriləcək.

Bundan əlavə yığıncaqda sığorta şirkətinin Gəncə filialının ləğv edilməsi qərara alınıb: “Sığorta şirkəti bağlanırsa, filial saxlanıla bilməz. Artıq filialda sığorta müqavilələrinin yazılışı dayandırılıb.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu